Paytaxtın Yasamal rayonunda mənzildə meyit tapılıb. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-ə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar qapını sındırdıqdan sonra içəridə 1 nəfərin meyitini aşkar ediblər. Onlar cəsədi aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.