Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma üçmərtəbəli binanın 1-ci mərtəbəsində baş verib. Nəticədə ümumi sahəsi 50 kv.m olan mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 kv.m sahədə yanıb. Həmçinin içəridə 1 nəfərin meyiti tapılıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.