Paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Tikilinin 1-ci mərtəbəsində yerləşən mağazanın reklam lövhəsi və giriş hissəsinin üzlüyü ümumilikdə 9 kv.m sahədə yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.