Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, iyulun 17-də inşa olunan yaşayış kompleksindən 3500 manat dəyərində kondisioner və mis borular oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində oğurluq əməlində şübhəli bilinən orada işləyən Z.Əzizov, O.Həsənov və R.İsrayılov saxlanılıblar.
Hazırda araşdırma aparılır.