Paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 17 fevral tarixində Bakusplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binanın 4-cü mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqlı mənzilin döşəməsi 12 kv.m sahədə alışıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.