Paytaxtın Yasamal rayonunda yerləşən çamaşırxanada oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Quba rayon sakini Xəzər Lalayev adıçəkilən ərazidə Abşeron rayon sakininin mobil telefonunu və içərisində 1100 AZN, bank kartları, eləcə də sənədləri olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.