Yasamal rayonunda yerləşən restoranda yanğın baş verib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 320 kv.m olan birmərtəbəli restoranın mətbəxində baş verib. Nəticədə orada olan 1 ədəd fritür aparatı yanıb. Restoranın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.