Paytaxtın Yasamal rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Volkswagen” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə avtomobilin idarəetmə lövhəsi yanıb. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.