Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Əsəd Əhmədov küçəsində yerləşən “Şərur MTK”-nın binasında qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, iyulun 31-də saat 22:26-da 38 yaşlı kişinin özünü asması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış edilib.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Onlar tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.