Yasamal rayonunun İzmir küçəsi, 5 ünvanında restoranda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə “Hyatt Regency” hotelinin qarşısında baş verib. Nəticədə ümumi sahəsi 220 kv.m olan bir-birinə bitişik 2 obyekt 120 kv.m sahədə yanıb. Yaxınlıqda yerləşən sahəsi 60 kv.m olan mənzilin 2 ədəd pəncərə çərçivəsi əriyib. Xəsarət alan olmayıb.
Əraziyə FHN-in əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunublar. Faktla bağlı araşdırmalar davam edir.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2024/02/apa1.mp4"][/video]