Bakının Yasamal rayonunda körpə uşaq anidən olüb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Baku.es-ə istinadən məlumat verir.
11 aylıq Aynur Məstənzadənin halı qəfil pisləşərək o, yaşadığı evdə ölüb.
Valideynlər övladlarının istidən öldüyünü bildiriblər. Belə ki, anası uşağı yatızdırarkən yorğana büküb.
Ölümün dəqiq səbəbi hazırda məlum deyil. Nəticələr ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Fakt araşdırılır.