Yasamal rayonunda gənc qızı avtomobil vurub. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
19 yaşlı Duyğu Muxtarova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə gənc qız qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.