Yasamal rayonunda oğurluq edənlər tutulublar. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
26 yaşlı Vüsal Mirzəyev avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlayıb. O, ifadəsində telefonu satdığını deyib.
Digər əməliyyat zamanı 49 yaşlı Pərviz Hacıyev tutulub. O, binalardan birinin dəhlizindən velosiped oğurlayıb.
Sözügedən şəxslərin əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.
Faktlarla bağlı araşdırmalar davam edir.