Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 2 avtomobil toqquşub. Nəticədə 30 yaşlı Əfqan Hüseynov və 23 yaşlı Əli Hüseynli xəsarət alıblar. Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.