Bakının Yasamal rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov saxlanılıb. Baxış zamanı ondan 20 kiloqram 40 qramdan artıq marixuana, 11 qramdan çox heroin, 7,4 qram metamfetamin, metadon və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.