Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitinadən xəbər verir.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bəhruz Məmmədov saxlanılıb.
O, rayon ərazisində mənzillərin birindən 35.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.