Yasamal rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sübhan Quliyev müxtəlif vaxtlarda rayon ərazisində 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinərək tutulub.
Onun barəsində araşdırmalar davam edir.