Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
64 yaşlı Sara Ağayeva yolu keçən zaman onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırmalar aparılır.