Paytaxtın Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında ağaclar kəsilib. Bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az xidmətə istinadən məlumat verir.
Hadisə ilə bağlı araşdırma aparılıb, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Əlavə məlumat veriləcək.