Yasamal rayonunda qanunsuz ağac kəsimi faktı aşkarlanıb. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Söhbət rayonunda Həsən bəy Zərdabi küçəsi, 69 ünvanından gedir. “Bizim Ev” MTK tərəfindən inşa edilən yaşayış binasının qarşısında 3 ağacın kəsildiyi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.