Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İzmir küçəsində iki avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə iki təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.
Hər iki avtomobil yararsız vəziyyətə düşüb və ərazidən uzaqlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.