Bakının Yasamal rayonunda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə iyunun 9-da M.Həsənov küçəsində baş verib. 74 yaşlı bir qadının içərisində pul, sənəd və bank kartı olan pulqabısı soyğunçuluq yolu ilə talanıb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev saxlanılıb. Araşdırma davam edir.