Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində aksiz markası ilə markalanmayan ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunub.
Şübhəli şəxslər məsuliyyətə cəlb olunublar. Araşdırmalar davam edir.