Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində piyada vurulub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az məlumat verir.
Hadisə saat 09:00 radələrində baş verib. Dayanacaqda avtobusdan düşən qadın yolu keçmək istəyib. Həmin zaman onu hərəkətdə olan taksi kimi fəaliyyət göstərən “Toyota Prius” avtomobili vurub.
Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Qadın xəstəxanaya aparılıb.