Yasamal rayonunda avtomobil işıqfora çarpılıb. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə rayonun Həsənbəy Zərdabi küçəsində baş verib. Qadın sürücü “Volkswagen Jetta” markalı avtomobillə hərəkətdə olan zaman gec manevr edib və işıqfora çarpılıb. Nəticədə yol infrastrukturuna ziyan dəyib, ərazidə sıxlıq yaranıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/caliber.mp4"][/video]