Yasamal rayonunda nəqliyyat vasitəsi avtomobil detallarının satışı mağazasına çarpılıb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsində baş verib. “Opel” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı mağazaya çarpılıb. Nəticədə sürücü xəsarət alıb, mağazaya 20.000 AZN-lik ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.