Bakının Yasamal rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, martın 5-də rayon ərazisində “Kia” markalı bir avtomobildən 2 ədəd mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Şahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.