Bakının Yasamal rayonunda dələduzluq hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Camal Gülməmmədov saxlanılıb.
O, dələduzluq yolu ilə bir qadını aldadaraq hesabına 8000 manat ödətdirməkdə şübhəli bilinir.
Hazırda araşdırma aparılır.