Bakının Yasamal rayonunda dələduzluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, bir qadının 225 manatı mənimsənib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən O.Səlimzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.