Bakının Yasamal rayonunda, Zahid Xəlilov və Məhəmməd Hüseyn Şəhriyar küçələrinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az məlumat verir.
“Mercedes” və “Kia” markalı minik avtomobillərinin dördyolda toqquşması nəticəsində ərazidə sıxlıq yaranıb. Şahidlərin sözlərinə görə, qəza “Mercedes”in sürücüsünün “Kia”ya yol vemədiyinə görə olub.
Hadisə zamanı xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/09/video-whatsapp-2023-09-29-v-13.22.42_2.mp4"][/video]