Bakının Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 13 iyul tarixində Lent.az məlumat verib.
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Elman Ağayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil işıqforun tənzimlədiyi yolayrıcından keçərkən eyni markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Avtomobillərdən birində olan sərnişin yüngül xəsarət alıb. Hadisə yerinə Yasamal rayon polis idarəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[URIS id=52311]