Yasamal rayonunda bank kartından oğurluq edilib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 14-də naməlum şəxs və ya şəxslər bir nəfərin itirdiyi bank kartından 150 manat dəyərində alış-veriş ediblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şübhəli bilinən iki yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.