Yasamal rayonunda yanğın baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma İ.Qutqaşınlı küçəsində, taxta konstruksiyadan ibarət ikimərtəbəli evdə baş verib. Nəticədə 2-ci mərtəbədə ümumi sahəsi 30 kv.m olan mənzil tamamilə yanıb. Alov evə bitişik olan arakəsmə divarına 4 kv.m sahədə və digər mənzilin plastikdən ibarət giriş qapısına ziyan vurub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.