Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun X.Mustafayev küçəsində baş verib. 31 yaşlı İbrahim Məlikov tanışı, 36 yaşlı Natiq Əliyevi bıçaqlayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.