Yasamal rayonunda məktəbdə tüstülənmə baş verib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Bakı Şəhər Təhsil İdarəsinə istinadən xəbər verir.
153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib. Şagirdlər təxliyə ediliblər, hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Təhsil ocağına baxış keçirilib və zəruri addımlar atılıb.