Yasamal rayonunda yanğın başlayıb. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma rayonun Həsən bəy Zərdabi, 84 ünvanında baş verib. Çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzil yanır.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.