Bakının Yasamal rayonunda qızıl qolbağın oğurlamasında şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, oktyabrın 24-də sözügüdən rayonda yerləşən mağazaların birindən 1600 manat dəyərində qızıl qolbaq oğurlanıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Emil Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.