Paytaxtda mağazalardan və gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb. Bu haqda 25 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Ağayeva tutulub. O, müxtəlif vaxtlarda rayon ərazisində 3 mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat pul, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.