Bakının Yasamal rayonu, A.M.Şərifzadə küçəsində moped oğurlanıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə iyulun 25-də baş verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.