Yasamal rayonunda piyadanın iştirakı ilə qəza baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə rayonun Cəfər Cabbarlı küçəsində, metronun “Nizami” stansiyası yaxınlığında qeydə alınıb. Avtomobil yolunu keçmək istəyən 55-60 yaşlarında qadını “Tufan” markalı moped vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2024/06/img_6536.mp4"][/video]