Yasamal rayonunda bijüteriya oğurlanıb. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini S.Adıgözəlova rayon ərazisində yerləşən mağazaların birindən 750 AZN dəyərində bijüteriya oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Araşdırmalar zamanı onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olduğu da məlum olub.