Yasamal rayonunda bank kartından oğurluq edilib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvəllər də oğurluğa görə məhkum olunmuş qadın Bakı şəhər sakini olan bir nəfərin bank kartından 512 AZN oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.