Yasamal rayonunda DİN əməliyyat keçirib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Daxili İşlər Nazirlyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və Eltun Nəcəfov saxlanılıblar. Onlar bir nəfərin 3000 AZN dəyərində olan motosikletini oğurlamaqda şübhəli bilinirlər.
Keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefonlarını və pul vəsaitlərini ələ keçirən, əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam edir.