Bakının Yasamal rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Rayon ərazisində müxtəlif vaxtlarda mağazaların birindən 5660 manat pul, 1150 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı, həmçinin “Fiat” markalı avtomobildən 1300 manat dəyərində dərman preparatları, eləcə də bir bərbərxanadan bərbər alətləri oğurlanıb.
Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb. Hazırda faktlarla bağlı araşdırmalar aparılır.