Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Akif Əliyev və Vəli Şamıyev saxlanılıblar.
Onlar bir nəfərin içərisində pulu, bank kartları olan pulqabısını və mobil telefonunu, həmçinin həmin bank kartından 469 manat oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.