Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma çoxmərtəbəli binanın 21-ci mərtəbəsində baş verib. Ümumi sahəsi 53 kv.m olan 1 otaqlı mənzilin mətbəxi 3 kv.m sahədə yanıb. Nəticədə 1 ədəd qabyuyan maşın, 1 ədəd aspirator və 1 ədəd qaz sobası kül olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.