Bakının Yasamal rayonunda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yerinə FHN-in minalardan təmizləmə üzrə çevik qrupu cəlb olunaraq, əraziyə baxış keçirilib. Nəticədə “RQ-42”, “RQN-D”, “F-1”, həmçinin 1 “RQN” əl qumbaraları, “UZRQM” partladıcısı, “UDZ” partladıcı və “RQD-5” təlim üçün əl qumbarası aşkarlanıb.
Əraziyə təkrar baxış keçirilib, hər-hansı təhlükəli əşya aşkar edilməyib.