Bakının Yasamal rayonunda yerləşən “Qurd qapısı” adlanan qəbiristanlığın bir hissəsində yanğın başlayıb. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az məlumat verir.
Alışma rus və yahudi qəbiristanlığı adlanan ərazidə qeydə alınıb. İlkin məlumata görə, açıq sahədə olan quru otluq yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Zəruri tədbirlər görülür.
[video width="480" height="848" mp4="https://bakuplus.az/storage/photos/2023/05/video_2023-05-31_13-58-581.mp4"][/video]