Bakının Yasamal rayonunda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobil qaçırılıb, daha sonra isə onunla qəza törədilərək “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.