Yasamal rayonunda qadını avtomobil vurub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
41 yaşlı Leyli Əlizadə avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada burnunun sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.